Olimpiya Oyunlarının mükafatçısı vəfat etdi

Olimpiya Oyunlarının mükafatçısı vəfat etdi
Oxunma sayı: 663

ABŞ-ın “Austin Bold” klubunun hücumçusu İsaak Promise vəfat edib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Nigeriya millisində oynamış futbolçu infarktdan dünyasını dəyişib.
 
31 yaşında vəfat edən oyunçu Türkiyənin “Gənclərbirliyi”, “Trabzonspor”, “Manisaspor”, “Antalyaspor”, “Balıkəsirspor”, “Mersin İdmanyurdu”, “Karabükspor” və “Girəsunspor” klublarının formasını geyinib. Promise Nigeriya millisi ilə 2008-ci ildə Olimpiya Oyunlarının gümüş medalını qazanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi