Olimpiya Oyunlarının yeni loqotipi təqdim edildi

olimpiya-oyunlarinin-yeni-loqotipi-teqdim-edildi
Oxunma sayı: 863

2024-cü il Olimpiya Oyunlarının Təşkilat Komitəsi yeni loqotipini təqdim edib. Loqotip özündə medal, Olimpiya alovu və bir qadın obrazını – ölkənin rəsmi simvolu olan Mariannanı cəmləşdirir.

“Qafqazinfo” bildirir ki, bu barədə Təşkilat Komitəsinin Tvitter hesabında məlumat verilib. “Medal, od, Marianna. Bu, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının yeni simasıdır”, - məlumatda deyilir.

Loqotip ağ rəngli alovun təsvir edildiyi yuvarlaq bir qızıl medaldır. Onun üzərində qızıl saçlı bir qadının təsvirini də görmək mümkündür.