Olimpiya rekordçusu olan gimnast karyerasını bitirdi

olimpiya-rekordcusu-olan-gimnast-karyerasini-bitirdi
Oxunma sayı: 1932

Qadın idman gimnastikası üzrə Olimpiya çempionu, Özbəkistan təmsilçisi Aksana Çusovitina peşəkar idmançı karyerasını bitirdiyini elan edib.

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı gimnast bu barədə qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışlarının təsnifat mərhələsindəkı çıxışından sonra verib.

“Tokio-2020” Yay Olimpiya Oyunları A.Çusovitinanın iştirak etdiyi səkkizinci Olimpiadadır. Olimpiadalarda iştirak sayına görə, özbəkistanlı gimnast rekord müəyyənləşdirib.