“Qafqazinfo” xəbər verir ki, tədbirdə ölkəmizin bir çox tanınmış idmançıları iştirak edib. Boks üzrə 2012-ci il London Yay Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov “Qafqazinfo”ya açıqlama verib.
O, əvvəlcə son zamanlar uğursuz dönəm keçirməsindən danışıb: “Razıyam ki, son zamanlar bir az zəif çıxış etdim. Çünki bundan öncəki baş məqşçimiz Vladimir Zolotaryov heç də yaxşı deyildi. İdmançıları çox yükləyirdi və bu da təbii ki, çıxışlarımıza mənfi təsir edirdi. Yaxşı məşq edə bilmirdik. Zədə də aldım və dünya çempionatında yaxşı iştirak edə bilmədim. Hazırki baş məşqçimiz kubalı Pedro Rokye Otano isə çox güclüdür”.
O, ölkə kubokunun finalında Əbdülqadir Abdullayevə uduzmasına belə münasibət bildirib: “Bu boksdur. Həmişə qalib gəlmək olmur. Onunla döyüşdə 2 raundda qalib gəldim. Üçüncüdə udzsaydım da, görüşü qalib gələcəkdim. Amma nakauta düşdüm. Bunda zəif hazırlığımın da rolu oldu. Avropa Oyunlarında kimin iştirak edəcəyi bilinmir. 91 kiloqramda ölkəmizi kim təmsil edəcək hələ bəlli deyil. Sparinq olacaq və ondan sonra buna aydınlıq gələcək”.
Məmmədov boks yığmamızın Meksikadakı hazırlığının yaxşı keçdiyini deyib: “Meksikda çox güclü hazırlıq keçdik. Məşqçimiz çox yaxşı hazırlaşdırdı. Yaxşı nəticəyə ümid edirəm”.
Olimpiya üçüncüsü Avropa Oyunlarına 85 faiz hazır olduğunu qeyd edib: “85 faiz yarışlara hazıram. Nəticə qazanmaq üçün döyüşəcəm”.
Məmmədov Avropa Oyunlarında dünyanın güclü boksçularının iştirak etməyəcəyini bildirib: “Avropa Oyunlarında dünyanın çox güclü və məhşur boksçuları iştirak etməyəcək. Ona görə də xüsusi bir rəqibim yoxdur. Əbdülqadir Abdullayev iştirak etsəydi, o əsas rəqibim olardı. Amma ikimizdən biri yarışda olacaq”.
Son xəbərlər
Son Xəbərlər