“Qafqazinfo”nun məlumatına görə, “Park Bulvar” ticarət-əyləncə mərkəzində keçiriləcək “Olimpiya ulduzları ilə görüş”ə hamı dəvətlidir. Saat 17:00-da başlayacaq tədbirdə həmyerlilərimiz və şəhərimizin qonaqları “Bakı 2015” qəhrəmanları ilə görüşə, onlara sual verə, avtoqraf ala və Azərbaycan çempionları ilə birgə şəkil çəkdirə bilərlər.