Olimpiyadanın vaxtı dəyişdirilə bilər

olimpiyadanin-vaxti-deyisdirile-biler
Oxunma sayı: 1902


  "Qafqazinfo"nun Apasport.az saytına istinadən məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) təşkilatçı ölkəsi müəyyənləşməyən möhtəşəm yarışı 1 il sonraya təxirə salmaq barədə götür-qoy edir.

 Buna əsas səbəb isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatıdır. Belə ki, FİFA və mundialın ev sahibi yarışı ənənəyə uyğun olaraq, yayda deyil, qışda keçirmək barədə düşünür. Əgər belə addım atılarsa, onda 2 mötəbər turnir – Olimpiya Oyunları və dünya çempionatı təxminən eyni vaxtda baş tutacaq.

 Bu isə BOK-u qane etmir. Çünki qurum rəhbərliyi yaxşı başa düşür ki, futbol Oyunları kölgədə qoya bilər. Lakin istənilən halda BOK Qətər və FİFA-nın qərarını gözləyir.

 Qeyd edək ki, indiyədək tək illərdə heç vaxt Olimpiada keçirilməyib.