Oliqarx Cəbrayılov intihara cəhd etdi

oliqarx-cebrayilov-intihara-cehd-etdi
Oxunma sayı: 5030

Çeçen əsilli rusiyalı biznesmen Umar Cəbrayılov intihara cəhd edib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, iş adamı əlində yaralarla xəstəxanaya çatdırılıb. Cəbrayılov  Moskvada qaldığı oteldən xəstəxanaya təcili yardımla aparılıb. Biznesmen “şok vəziyyətdə” olduğu üçün bu əməli törətdiyini bildirib.

Qeyd edək ki, Umar Cəbrayılov 2004-2009-cu illərdə Çeçenistandan senator seçilib. 2018-ci ildə dişi ağrıdığı üçün hoteli atəşə tutan iş adamı üzvü olduğu “Vahid Rusiya” partiyasından çıxarılmışdı.