Ölkə əhalisinin sayı açıqlanıb

olke-ehalisinin-sayi-aciqlanib
Oxunma sayı: 2387

Azərbaycan əhalisinin ötən ilin dekabrın 1-nə olan sayı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 56 292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10 123 400 nəfərə çatıb.  

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.