Ölkə ərazisindəki yanğınların səbəbi açıqlandı - Fotolar+Video

Ölkə ərazisindəki yanğınların səbəbi açıqlandı
Oxunma sayı: 2732

Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən, quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir.

Bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

Bildirilib ki, şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən, bir ədəd helikopteri cəlb olunub:

“İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur.

Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır”.