Ölkə gözəli ilə əri qətlə yetirildi - - 5 yaşlı qızları isə...

olke-gozeli-ile-eri-qetle-yetirildi-
Oxunma sayı: 7978


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da yaşayan 29 yaşlı Monica Spir, 49 yaşlı həyat yoldaşı Tomas Berri və 5 yaşlı qızları ilə birlikdə tətil üçün Venesuelaya gəlibmiş. Onlar ötən gecə Puerto Cabello yaxınlarında avtomobillərini soymağa çalışan şəxslər tərəfindən öldürülüb. Cütlüyün yaralı olan qızları isə hazırda müalicə olunur. 

2004-cü ildə Venesuela gözəli seçilən Spir bir çox seriallarla yanaşı, "Aşk- ı memnu"nun latın versiyası olan “Pasion Prohibi”da ( Yasak ehtiras) rol alıb.