“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tayland gözəli sosial şəbəkədə vəzifədən uzaqlaşdırılan baş nazir Yingluck Şinavatranın "şeytani" dəstəkçilərinin edam edilməsinin vacib olduğunu yazıb. Köhnə baş nazir Yinglak Şinavatra və hökumətini dəstəkləyən "qırmızı köynəklilər"i çirkli və monarxiya əleyhdarı olmaqda günahlandıran Ditsayabut bu şəxslərin edam edilməsini istədiyini bildirib.
Dünən mətbuat konfransı keçirən Ditsayabut statusları ilə bağlı “Facebook” və “Twitter”da ona qarşı edilən təzyiqlərə, reaksiyalara dözə bilmədiyini və tacından imtina etdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər