Ölkə parlamenti it və pişik əti yeməyi qadağan etdi

olke-parlamenti-it-ve-pisik-eti-yemeyi-qadagan-etdi
Oxunma sayı: 2552

Tayvan parlamenti vətəndaşlara it və pişik ətini yeməyi qadağan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bura eyni zamanda, həmin ev heyvanlarının ətindən hazırlanan məhsulların satışı da daxil edilib. 

Qanuna müvafiq dəyişikliklər aprelin 11-də təsdiqlənib. Qanunu pozanları 8 min dollar cərimə, və ya iki il həbs gözləyir. 

İndi qanun layihəsi Nazirlər Kabineti və prezident tərəfindən təsdiqlənməlidir. 

Jurnalistlər iddia edirlər ki, tayvanlıların bu ev heyvanlarına qarşı münasibətlərinin dəyişməsinə səbəb evində it və pişik saxlayan prezident Çay Çzeşendir. Xanım Çay ölkənin ilk qadın prezidenti olduğu üçün onun ailə həyatı Tayvan əhalisinin diqqət mərkəzindədir.