Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi Abuzər Xələfovun vəfatı ilə bağlı başsağlığı verib.
"Qafqazinfo" xəbər verir ki, Abuzər Xələfov 2020-ci il aprelin 27-də, 89 yaşında vəfat edib.
Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanaşünaslığın nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanaçılıq və biblioqrafiyaşünaslıq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir.
Son xəbərlər
Son Xəbərlər