İsraildə parlament (Knesset) özünü buraxıb.
“Qafqazinfo” “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, bu qərara 120 deputatdan 74-ü səs verib. Parlament bağlanmamışdan əvvəl daha iki iclas keçirəcək. Məlumata görə, İsrail tarixində ilk təkrar parlament seçkiləri sentyabrın 17-də keçiriləcək.
Qəzetin yazdığına görə, Knessetin buraxılmasına səbəb baş nazir Benyamin Netanyahunun yeni koalisiya və Nazirlər Kabinetini vaxtında formalaşdıra bilməməsi olub. Belə ki, cari ilin aprel ayında keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə, Netanyahu 42 gün ərzində yeni koalisiya formalaşdırmalı idi.
Son xəbərlər
Son Xəbərlər