Ölkə tarixində ilk dəfə qadın prezident

olke-tarixinde-ilk-defe-qadin-prezident
Oxunma sayı: 3291

Tayvanda keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub.

“Qafqazinfo” modern.az-a isitnadən xəbər verir ki, səslərin 80%-nin hesablanmasından sonra seçkilərdə müxalif namizəd – Demokratik İnkişaf Partiyasının sədri Çay İnven qalib gəlib.

Məlumata görə o, hesablanmış səslərin 60%-ni toplayıb.

Prezidentlik yarışında Qomindan Partiyasının namizədi Çji Lilun 2-ci, Xalq Partiyasının sədri Sun Çuyuy isə 3-cü olub.

Artıq Çji Lilun məğlubiyyətini etiraf edib və rəqibin təbrik edib.

Beləliklə, 1949-cu ildən Çindən ayrılıb müstəqilliyin elan edən Tayvana ilk dəfə qadın prezident rəhbərlik edəcək.