Ölkə üzrə payız ağac əkininə başlanılıb - Fotolar

Ölkə üzrə payız ağac əkininə başlanılıb
Oxunma sayı: 1100

IDEA İctimai Birliyinin təşəbbüsü ilə başladılan, ETSN-in təşkilatçılığı ilə keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində ölkə üzrə payız ağac əkininə start verilib.

"Qafqazinfo" xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, payız ağac əkini ilə əlaqədar Bakı və Abşeronda, eləcə də bütün regionlarda genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir. 

“Yaşıllıqların genişləndirilməsinə töhfə vermək məqsədilə hər kəsi, ictimaiyyət nümayəndələrini, tərəfdaşlarımızı, bütün təbiətsevərləri ağacəkmə tədbirlərində fəal iştiraka dəvət edirik və yaz ağac əkinində olduğu kimi bu dəfə də onlardan dəstək gözləyirik”, - Kərimov  deyib.