Ölkə üzrə yoluxmanın 55 faizi paytaxtdadır

olke-uzre-yoluxmanin-55-faizi-paytaxtdadir
Oxunma sayı: 1277

Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb – 55, 7 faiz.

“Qafqazinfo” xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Abşeronda yoluxma faizi 14.6 faiz, Aranda 10.4 faiz, Gəncə-Qazaxda 6.6 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 2.7 faiz, Quba-Xaçmazda 2.4 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faiz, Naxçıvan Muxtar Respublikasında isə 0.08 faizdir.

Ölkə xarici yoluxma isə azalaraq 0.9 faiz təşkil edir.

Ümumi yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Gülnar Əliyeva