“Ölkədə çevrilişə cəhd planlaşdırılır” - Gürcüstan DTX

olkede-cevrilise-cehd-planlasdirilir
Oxunma sayı: 2285

Gürcüstanda həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən bir qrup şəxs iğtişaşlar törətməyi planlaşdırır. 

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Dövlət Təhlükəsizliyi Xidməti yayıb. 

Məlumata görə, sözügedən qrupun məqsədi ölkədə zorakılıq yolu ilə hakimiyyəti devirməkdir. 

Bildirilir ki, sözügedən planın müəlliflərindən biri Mixail Saakaşvilinin prezidentliyi dövründə daxili işlər nazirinin müavini, hazırda isə Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzedir. 

Bununla yanaşı, qrupa Saakaşvilinin mühafizə sisteminin keçmiş üzvü Mixail Baturin, eləcə də keçmiş Prezidentin yaxın əhatəsində olan Mamuka Mamulaşvilinin də daxil olduğu bildirilir. 

Həmçinin qeyd olunub ki, dəstə cari ilin oktyabr-dekabr aylarında ölkədə destruktiv proseslərə başlamaq niyyətindədir.