“Ötən gündən əsən güclü külək bir sıra ərazilərin elektrik enerjisi verilişində qısamüddətli fasilələr yaradıb”. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
T.Mustafayevin sözlərinə görə, hazırda ölkənin hər yerində elektrik enerjisinin verilişi tam bərpa olunub:
“Ötən gecə güclü külək Suraxanı rayonu Hövsan qəsəbəsinin, Abşeron rayonu Saray qəsəbəsinin bir hissəsində və bır sıra dağlıq və dağətəyi yerlərdə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaradıb. Əməkdaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər görülüb və baş verən qəzalar operativ aradan qaldırılıb”.
Son xəbərlər
Son Xəbərlər