Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq eSIM – virtual mobil nömrə istifadəyə verib. Yeni nəsil eSIM texnologiyası sayəsində mobil telefonlarda fiziki SIM karta ehtiyac olmayacaq. Virtual SIM kartı əldə etmək üçün “Bakcell”in satış mərkəzlərinə gedərək QR kodu skan etmək lazımdır. İlk dəfə mobil nömrə alan abunəçilərlə yanaşı, mövcud abunəçilər də plastik SIM kartları eSIM-ə dəyişdirə bilərlər.
Qeyd edək ki, eSIM vasitəsilə tək SIM kartlı telefonlara ikinci əlavə nömrə yazmaq mümkündür.
Yeni texnologiyanı dəstəkləyən cihazların siyahısı şirkətin rəsmi internet səhifəsində yerləşdirilib (www.bakcell.com/az/esim)
Son xəbərlər
Son Xəbərlər