Ölkədə indiyədək vaksin olunanların sayı açıqlandı

olkede-indiyedek-vaksin-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1882

Martın 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.