“Ölkədə intiharların sayı azalıb” - Kamran Əliyev

olkede-intiharlarin-sayi-azalib
Oxunma sayı: 1630

Azərbaycanda 2022-ci ildə 36 494 cinayət qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2022-ci ilin yekunlarına dair keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, həmin cinayətlərin 88,2%-i açılıb, bu cinayətlərin 95,2%-ni prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib:

“Ötən illərdən bağlı qalmış 17 qəsdən adam öldürmə cinayəti açılıb. 14 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə istintaq tədbirləri davam etdirilir.

Bundan başqa 2022-ci ildə Respublikada intihar halları azalıb. Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi başlanıb, onlardan 6-sı baxılması üçün məhkəmələrə göndərilib”.

İclasda qeyd edilib ki, Vətən Müharibəsindən sonra mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub, 233 nəfər xəsarət alıb.

Amin Nəzərli