"İnsanlar arasında kəskin respirator virus infeksiyaları hər zaman müşahidə olunur".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
O bildirib ki, insanlar arasında kəskin respirator virus infeksiyaları bu gün üçün epidemioloji həddi keçməyib:
"İnfeksiyaları tamamilə ləğv etmək mümkün deyil. Həmin infeksiyalar bu gün üçün epidemioloji həddi keçməyib. Sadəcə insanlar xəstələnəndə müvafiq tibb müəssisələrinə müraciət etməli, həkim müayinəsindən keçəndən sonra düzgün şəkildə müalicə almalıdırlar".
Son xəbərlər
Son Xəbərlər