“Ölkədə “rəngli inqilab”ın əlamətləri peyda olub” - Nazarbayev

olkede-rengli-inqilabin-elametleri-peyda-olub
Oxunma sayı: 1761

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “rəngli inqilablar” təşkil etmək cəhdlərinin əlamətlərinin ortaya çıxdığını bəyan edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Nazarbayev bəyan edib ki, ölkə ekstremist və terroçuları məhv etmək üçün ən sərt tədbirləri görəcək. Bunun üçün ölkənin bütün imkanları və gücü olduğunu vurğulayıb:

“Hamımız bilirik ki, “rəngli inqilablar”ın müxtəlif metodları olur və qondarma mitinq, qətllər, hakimiyyəti ələ keçirmək cəhdləri ilə başlayır. Bizdə də bu əlamətlər peyda olub”.

Qeyd edək ki, Aktobe şəhərində baş verən terrorla əlaqədar Qazaxıstanda matəm elan olunub.