Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

olkede-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 2793

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 60 191 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 45 649, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 14 542 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.