Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

olkede-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1335

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 297 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 217 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 486 947, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 341, ikinci mərhələ üzrə 4 559 877 nəfər təşkil edir. Ümumilikdə isə 852 729 “buster” doza vurulub.