Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

olkede-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1393

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 242 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 132, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 24 027 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 255 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 161 039, ikinci mərhələ üzrə 4 666 161 nəfər təşkil edir.

Ümumilikdə isə 1 428 647 “buster” doza vurulub.