Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 844 vaksin vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 976, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 24 809 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 439 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 178 595, ikinci mərhələ üzrə 4 688 646 nəfər təşkil edir.
Ümumilikdə isə 1 572 050 “buster” doza vurulub.

Son xəbərlər
Son Xəbərlər