Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 vaksin vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb, “buster” doza üzrə isə 58 vurulub.
Vurulan vaksinlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə 4 752 395 nəfər təşkil edir. Ümumilikdə isə 2 217 836 “buster” doza vurulub.

Son xəbərlər
Son Xəbərlər