Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

olkede-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1149

Azərbaycanda son sutkada 2 123 doza vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 181 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 438-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 178 olub.