Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

olkede-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1322

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1920 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 274, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 118 nəfərdir.