Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı
Oxunma sayı: 2250

Bu gün Azərbaycanda koronavirus əleyhinə 11 min 717 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 3 685 , ikinci mərhələ üzrə  8032 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 516 min 923 , birinci mərhələ üzrə vaksin olunanların sayı 975  min 208  , ikinci mərhələ üzrə isə 541 min 715  təşkil edir.