Ölkədə yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir

olkede-yoluxucu-xesteliklere-gore-epizootik-veziyyet-sabitdir-
Oxunma sayı: 644

Bu məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə (DBX) daxil olan kimi həmin kəndlərdə bir daha araşdırmalar aparılıb.

Məlum olub ki, bu məlumatın heç bir əsası yoxdur. DBX-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, son illər Azərbaycanda dabaq xəstəliyinə qarşı aparılan profilaktiki tədbirlər sayəsində heyvanlar arasında buna təsadüf olunmur. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ilin aprel-may və oktyabr-noyabr aylarında ölkəmizdə xəstəliyə həssas iri və xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı peyvənd olunub. Həmçinin Ağdam rayonuna bölgü əsasında iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi üçün lazımi miqdarda vaksinlər verilib.

Dövlət Baytarlıq Xidməti bir daha nəzərə çatdırır ki, dabaq və bu kimi yoluxucu xəstəliklər barəsində laboratoriya müayinələri aparılmadan fikir formalaşdırmaq yolverilməzdir. Çünki heyvanda xəstəliyin olub-olmaması yalnız laboratoriya müayinələrindən sonra təsdiqini tapır. Azərbaycanda dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri vaxtında həyata keçirilir. Hazırda təkcə Ağdamda deyil, bütövlükdə ölkədə yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir.