Ölkədəki faktiki hava açıqlandı

olkedeki-faktiki-hava-aciqlandi
Oxunma sayı: 3732

Aprelin 12-si saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi güclənib. 

Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Küləyin sürəti Ağdamda arabir 38 m/s, Bərdə və Tərtərdə 36 m/s, Ağdamda 34 m/s, Gəncədə 33 m/s, Naftalanda 32 m/s, Bərdə, Tovuz, Daşkəsəndə 28 m/s, Kəlvəzdə 25 m/s, Zərdab, Ağstafa,  Şəmkir, Gədəbəydə 24 m/s, Balakəndə 21 m/s - dək güclənib, digər rayonlarda isə 15-20 m/s arasında gücləndiyi müşahidə edilir. 

Ölkə ərazisində güclü küləkli hava şəraitinin aprelin 13-ü axşamadək davam edəcəyi gözlənilir.