“Ölkədən çıxarılan pulların qaytarılması üçün...” - Rəis

olkeden-cixarilan-pullarin-qaytarilmasi-ucun
Oxunma sayı: 1927

“Ölkədən çıxarılan pulların geri qaytarılması üçün müvafiq hüquqi prosedurlar var”.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2016-cı ilin yekunlarına dair hesabat-mətbuat konfransında idarə rəisi Kamran Əliyev bildirib.

Rəis diqqətə çatdırıb ki, bununla bağlı xarici ölkələrlə əməkdaşlıq edilir:

“Sorğular göndərilib, həmin ölkələrin qanunvericiliyinə uyğun addımlar atılır. Litvanın baş prokuroru ilə görüşdə ölkədən çıxarılan pullarla bağlı müzakirə aparılıb. Bəzən maneələr yaradılır, çıxarılan pullarla bağlı həmin ölkədə vəkil tuturlar. Lakin biz araşdırmaları davam etdiririk”.

O, qeyd edib ki, Beynəlxalq Bankın 5 filialı ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb, istintaq aparılır.

Murad Əhməd