Məlum olduğu kimi iyunun 5-də Türkiyə Böyük Millət Məclisi keçmiş sədri və baş nazir müavini Bülənt Arınçın kürəkəni Əkrəm Yetər FETÖ terror təşkilatına üzv olduğu iddiasıyla saxlanılmışdı.
“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Əkrəm Yetərin vəkillərinin etirazından sonra bu gün məhkəmə yeni qərar çıxarıb.
Qərara əsasən sərbəst buraxılan Ə.Yetərin ölkədən çıxışına qadağa qoyulub.
Yıldırım Beyazıt Universitetində müəllim işləyən Ə.Yetər Bülənt Arınçın qızı Ayşəgüllə evlidir və 12 yaşında bir oğlu var.
Qeyd edək ki, daha öncə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Qədir Topbaşın kürəkəni Ömər Faruk Qovurmacı da FETÖ-yə üzv olması səbəbi ilə həbs edilmişdi. O, bu il mayın 4-də sərbəst buraxılıb.
Son xəbərlər
Son Xəbərlər