Ölkədən külli miqdarda dollar çıxarmaq istədi - Foto

olkeden-kulli-miqdarda-dollar-cixarmaq-istedi
Oxunma sayı: 3685

Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan vətəndaşı xarici valyutanı gömrük nəzarətinə təqdim, elektron və ya yazılı formada bəyan etmədən “Qırmızı kanal” buraxılış sistemindən istifadə edib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, şəxsi əşyaları rentgen aparatından keçirilən zaman sərnişində gömrüyə bəyan olunmayan malların olması barədə əsaslı şübhə yaranıb. Bu səbəbdən də o, sorğu-sual edilib və üzərində 8000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının, pencəyinin ciblərində və pul qabının içərisində, ümumilikdə 19500 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.