Ölkələrin qəribə qadağaları - Fotolar

olkelerin-qeribe-qadagalari
Oxunma sayı: 4085

Bəzən turistlər səyahət etdikləri ölkələrdə qəribə qadağalarla qarşılaşırlar. Bu qadağalar onlara hər nə qədər gülməli görünsə də, ölkələrin qanunlarına riayət etməkdən başqa çarə qalmır.

“Qafqazinfo” 10 ölkə və həmin ölkələrdəki qeyri-adi qadağaları təqdim edir:

Səudiyyə Ərəbistanı və BƏƏ – Müqəddəs Ramazan ayında bu ölkələrdə ictimai yerlərdə qidalanmaq və su içmək qadağandır. Üstəlik bu qanun heç də kağız üzərində deyil. Sonuncu dəfə belə hadisə Avropadan olan 3 turistin başına gəlib. Belə ki, Dubayın mərkəzində hər kəsin gözü önündə şirə içən turistlərin hər biri 275 dollar cərimələnib.

İtaliya – Palermo çimərliyində çılpaq günəşlənmək və çimmək qadağandır. Üstəlik bu qadağa kişilərə və çirkin qadınlara aiddir. Gözəlliyinə tam arxayın olan qadınlar isə rahatlıqla bu qanundan kənara çıxa bilərlər.

Kuba – 2008-ci ildə Fidel Kastronun ölümündən sonra Azadlıq adasında mobil telefondan, ümumiyyətlə internetdən istifadə qadağandır. Bu məhdudiyyət yalnız dövlət məmurlarına və iri şirkətlərin nümayəndələrinə aid edilmir. Adaya gələn turistlər də mobil telefondan rahatlıqla istifadə edə bilər.

Rusiya – 2008-ci ildən qəbul edilmiş qanuna görə, emoları xatırladan görünüşdə gəzmək, yaxud onları xatırladan obrazdan istifadə etmək qadağandır. Buna səbəb isə emoların depressiv ideyalar yayıcısı olmaları və intiharların çoxalmasına səbəb yaratmalarıdır.

Rusiyada daha bir qadağa avtomobillərin çirkli nömrə nişanları ilə bağlıdır. Dövlət nömrə nişanının toz və ya palçıqla örtülməsi cinayət məcəlləsi üzrə cəzalandırılmaq deməkdir.

Çində reinkarnasiya (ruhun təkrar qayıdışı) qadağandır. Bu qadağa Dalay-lamanın xalq üzərində təsirini azaltmaqla bağlıdır. Pekində ciddi şəkildə Dalay-lamanın yenidən Tibetdə doğulacağı və milyonlarla buddistin qəlbində “fırtınalara” səbəb olacağından ehtiyat edirlər.

Tailandda milli valyutanı tapdalamaq qadağandır. Pulun üzərində kralın təsviri olduğu üçün bu, monarxa hörmətsizlik kimi qəbul edilir. Krala hörmətsizlik isə həbslə cəzalandırılır.

İtaliyada göyərçinləri yemləmək qadağandır. Qanun 2008-ci ildən qəbul edilib. Qanunun qəbul edilməsində iki məqsəd var: küçədə göyərçin nəcisini azaltmaq, quşlarla insanların təması zamanı infeksiyaların keçməsinin qarşısını almaq. Qanuna uymayanları 500 avroyadək cərimə gözləyir.

Yunanıstanda kompüter oyunları qadağandır. 2002-ci ildən qüvvədə olan qanunla əslində qumar oyunları da qadağandır. Ancaq yunanlar çox asanlıqla bu qanunları poza bilirlər.

Çində teleportasiya (bir şeyin enerjiyə çevrilib başqa məkana getməsi) qadağandır. Xüsusilə bundan filmlərdə, teatrlarda və təsviri incəsənətdə istifadə etmək olmaz. Çin hökuməti hesab edir ki, teleportasiya ölkədə mövhumatın yayılmasına, o cümlədən reinkarnasiyaya inamın artmasına səbəb olur.

Nuranə Abbasova