Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) ölkələrin 2018-ci il üzrə hərbi müdafiə xərcləri ilə bağlı hesabatını açıqlayıb.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hesabata görə, 2018-ci ildə bütün dünyada ümumilikdə 1,8 milyard dollarlıq müdafiə xərcləri edilib.
Müdafiə məsələrinə ən çox pul ayıran ölkələr siyahısına ABŞ (649 milyard dollar) başçılıq edib. İlk beşlikdə sonrakı pillələrdə ardıcıl olaraq Çin (250 milyard dollar), Səudiyyə Ərəbistanı (67,6 milyard dollar), Hindistan (66,5 milyard dollar) və Fransa (63,8 milyard dollar) yer alıb.
Qeyd edək ki, ümumi xərcin 60 faizi məhz bu beş ölkə tərəfindən xərclənib.
Son xəbərlər
Son Xəbərlər