Ölkələrin təhlükəsizlik sıralılaması - Azərbaycan 136 ölkə arasında...

olkelerin-tehlukesizlik-siralilamasi
Oxunma sayı: 1030

Dünya İqtisadi Forumunun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin sıralamasını hazırlayıblar.

“Qafqazinfo” xəbər verir ki, Finlandiya dünyanın ən təhlükəsiz ölkəsi hesab olunub. 

İkinci yerdə Birləşmiş Ərəb Əmirliyi, üçüncü yerdə İslandiya, dördüncü yerdə Oman, beşinci yerdə isə Honq-Konq qərarlaşıb. Dünyanın ən təhlükəli ölkələrinə isə Kolumbiya, Yəmən, Salvador rəhbərlik edir. 

Siyahıda cəmi 136 ölkə var. Azərbaycan bu siyahıda 35, Ermənistan 34, Gürcüstan 29, Rusiya 109, İran 87, Türkiyə isə 116-cə yerdədir. 

Qeyd edək ki, siyahı tərtib edilərkən cinayətkarlıq, terror təhlükəsi və silahlı münaqişələr nəzərə alınıb.