“Ölkəmizdə peyvənd olunmuş insanların sayı yüksəkdir”

“Ölkəmizdə peyvənd olunmuş insanların sayı yüksəkdir”
Oxunma sayı: 811

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarı Qüdrət Həsənquliyevin ölkədə vaksinasiyasının aşağı olması barədə fikrinə münasibət bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, komitə sədri deyib ki, ölkədə peyvəndlənmənin aşağı olması haqda məlumat həqiqətə uyğun deyil: 

“MDB ölkələrində peyvəndləmə prosesindəki rəqəmlər bizdəki rəqəmlərdən bir neçə dəfə azdır. Halbuki bu ölkələr özləri vaksin istehsal edirlər. Rusiyada peyvəndləmənin səviyyəsi bizdən 2-3 dəfə aşağıdır. Bu gün ölkəmizdə peyvənd olunmuş insanların sayı yüksəkdir. 

Biz də istərdik ki, vaksinləşmə daha sürətlə getsin. Bu məqsədlə daha iki vaksin ölkəyə gətirilib. Aşağı olan rəqəmlər istirahət günüylə bağlıdır. Həmin gün səhiyyə müəssisələri, ictimai nəqliyyat işləmir. Buna görə də istirahət günlərində peyvəndlənmə prosesi yüksək olmur”.

Günel Türksoy