“Ölkəmizə gələn bəzi turistlər tör-töküntüdür” - Fəzail Ağamalı

olkemize-gelen-bezi-turistler-tor-tokuntudur
Oxunma sayı: 3408

Deputat  Fəzail Ağamalı ölkəmizə gələn bəzi turistləri tör-töküntü adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, Milli Məclisdə çıxışında qeyd edib ki, ölkəmizə gələn turistlər Azərbaycan turizminə böyük töhfə verir: “Amma onların içərisində elələri də var ki,  xoşagəlməz , əxlaqımıza zidd olan davranışlar nümayiş etidirirlər. Onlar turist deyil, tör-töküntüdür. Biz mənəviyyatımızın, ləyaqətimizin aşağılanmasına yol verə bilmərik. Mən bu faktların özüm şahidi olmuşam. Ona görə də bildirirəm ki, onlara qanunun sərt üzüylə rəftar edilməlidir”.

Günel Türksoy