“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Sumqayıt şəhərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri martın 24-də axşam saatlarında Lənkərana gəliblər.
“Qafqazinfo” xəbər verir ki, tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, şagirdlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Maarifləndirici tur-aksiyanın iştirakçıları martın 25-də Lənkəran rayonuna səyahətlərini davam etdiriblər. Məktəblilər əvvəlcə Hirkan Milli Parkında gəliblər. Parkla tanışlıqdan sonra məktəblilər “Xanbulan” istirahət mərkəzinə səyahət edib, çay plantasiyalarında və sitrus meyvə bağlarında olublar.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış oldular. Burada şagirdlərə igid Qəhrəmanın ikinci dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.





Son xəbərlər
Son Xəbərlər