Bu gün Tbilisi Şəhər Məhkəməsində ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə iclası keçirilir.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə gürcü siyasətçinin ötən ilin oktyabrında Gürcüstan sərhədini qanunsuz keçməsi işi ilə bağlıdır.
Məhkəmə iclası ölkə telekanalları vasitəsilə canlı yayımlanır.
Proses zamanı çıxış edən M.Saakaşvili bildirib ki, həbsxanada ölkənin böhran və yoxsulluqdan çıxarılması üçün plan hazırlayır.
“Hazırladığım plan 5 il ərzində Gürcüstanı inkişaf statusuna qaytarmağa imkan verəcək. Rəhbərlikdən asılı olaraq, bunun necə edildiyini bilirəm”, - deyə Saakaşvili qeyd edib.
Son xəbərlər
Son Xəbərlər