“Boyumuz balaca olsa da, sevgimiz böyükdür”.
Braziliyada yaşayan Paulo Gabriel da Silva Barros və Katyucia Hoşino dünyanın ən qısa boylu cütlüyüdür.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Barrosun boyu 88 sm, Hoşinonun isə 89 sm-dir. Hazırda onlar sadəcə boylarının qısa olmasına görə yox, böyük sevgiləri ilə də ölkələrinin ən sevilən cütlüklərindəndir. Cütlük 10 il əvvəl sosial şəbəkə vasitəsilə tanış olub. Borros Hoşinoya ilk gördüyü anda aşiq olduğunu söyləyib:
“İlk gördüyüm zaman çox gözəl olduğunu düşündüm”.
Borros və Hoşinonun növbəti hədəfi “Ginnesin rekordlar kitabı”na düşməkdir.



Son xəbərlər
Son Xəbərlər