Ölkənin ikiuşaqlı ilk qadın prezidenti haqda - - Bilmədikləriniz

olkenin-ikiusaqli-ilk-qadin-prezidenti-haqda-
Oxunma sayı: 3666


“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı xanım prezidentin Xorvatiyada doğulsa da, uşaqlığının bir hissəsini ABŞ-da keçirib. NATO baş katibinin ictimai məsələlər üzrə köməkçisi və 2008-2011-ci illərdə xarici işlər naziri vəzifələrində çalışıb. 

Siyasi karyerasına 1992-ci ildə başlayan Grabar-Kitaroviç sərbəst şəkildə xorvat, ingilis, ispan və portuqal dillərində danışa bilir. 

Ceyms Kitaroviçlə 1996-cı ildən bəri evlidir, həyat yoldaşı onu bütün seçki kampaniyası boyu müşayiət edib. Cütlüyün 2 uşağı var.