Ölkənin “Number1”ları

olkenin-number1lari
Oxunma sayı: 3641


“Qafqazinfo”nun məlumatına görə, artıq bir neçə aydır davam edən sorğu nəticəsində şou-biznesin bir nömrəliləri seçilib. Nominasiyalara əsasən  ilin  müğənnisi, reperi, meyxanaçısı, klipi, rejissoru, prodüseri, qrupu, stilisti, saytı üzrə qaliblər bəlli olub.Gecədə xalq artisti Faiq Ağayev, Elza Seyidcahan,Elnur Məmmədov, Azəri qızı Günel, Elçin Cəfərov, “Cahan” qrupu,  Sevil Sevinc bacıları, rəqqasə Oksana Rəsulov, dj Cina, stilist Samiraldo və başqaları mükafatlandırılıb. Gecədə yadda qalan məqamlardan biri də xalq artisti Faiq Ağayevin “İlin müğənnisi” və “İlin konserti” nominasiyasına layiq görülməsi olub. Gecənin aparıcısı layihə rəhbəri Tural Ozan və Sevil Sevinc bacıları olub.