Ölkənin tanınmışları bu konsertdə toplaşdı - Fotolar

olkenin-taninmislari-bu-konsertde-toplasdi
Oxunma sayı: 3510

Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı, xalq Artisti Ənvər Sadıqov “Təəssürat” adlı konsert proqramı ilə çıxış edib.

"Qafqazinfo"  xəbər verir ki, “Qaytağı” instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.

Konsertdə “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Ay nanə”, “Vals papuri”, “Uzun dərə”, “Şalaxo”, “Lay-lay”, “Samba”, “Naxçıvan”, “Təəssürat”, “Nueva”, “Çahargah rapsodiyası”, “İthaf”  kimi əsərlər ifa olunub. 

Tədbirdə xalq artistləri Fidan və Xuraman Qasımovalar, əməkdar artistlər İlqar Muradov, Abbas Bağırov, Eyyub Yaqubov, aktrisalar Həmidə Ömərova, Suğra Bağırzadə, teleaparıcılar Nərgiz Cəlilova, Murad Dadaşov kimi məşhur simalar iştirak edib. 

Konsertdə sənətkarı Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Emil Həsənov (bas-gitara), Emil Əfrasiyab (piano) müşayiət edib.