Ölkənin tikinti kompleksində nə baş verib?

olkenin-tikinti-kompleksinde-ne-bas-verib
Oxunma sayı: 1878


“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-fevralı aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri barədə məlumatında qeyd olunub. yayıb.yaydığı məlumatda qeyd olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 886,5 milyon manatı yerli mənbələrdən daxil olub. Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 262,9 min kvadrat metr yaşayış evləri, növbədə 90 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 998 şagird yerlik ümumtəhsil məktəbləri, 150 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası,Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilib.