Portuqaliya gələn il yenidən “Eurovision” mahnı müsabiqəsinə qatılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin rəsmi yayım qurumu (RTP) məlumat yayıb.
Maliyyə səbəbiylə bir müddət əvvəl “Eurovision”dan imtina edən RTP, artıq bu problemi həll edib.
Ölkə əhalisi kütləvi imza kampaniyaları təşkil edərək pul yığıblar və “Eurovision” xərclərini qarşılayacaqlarını bildiriblər.
Xatırladaq ki, Portuqaliya müsabiqədə uğur qazanmayan ölkələr sırasındadır. Ölkə ən yüksək balı 1996-cı ildə toplayaraq 6-cı sırada qərarlaşmışdı.
Son xəbərlər
Son Xəbərlər